60 ildən artıqdır ki, institut yaranan vaxtdan fizioterapiya şöbəsi də yaranıb və fəaliyyət göstərir. 2010-cu il tarixdən isə şöbə «Fizioterapiya və tibbi bərpa şöbəsi» adı ilə öz fəaliyyətini davam etdirir.

Şöbədə əsasən dayaq-hərəkət aparatının travmatik zədələnmələri və xəstəliklərinin fizioterapevtik müalicəsi, profilaktikası və tibbi reabilitasiyası aparılır.
Şöbədə aşağıdakı müalicə üsulları var: Elektroterapiya (elektroforez, elektrostimulyasiya, dinamoterapiya, darsonvalizasiya, interferensterapiya, maqnitoterapiya, UNE «UVÇ»-lə müalicə); lazer, ultrabənövşəyi şüa, solyuks ilə müalicə; parafin müalicəsi; ultrasəs ilə müalicə; massaj; müalicəvi bədən tərbiyəsi; dartılma.
Elektroproseduralar Çexiyanın yeni müasir «BTL-5000» və Almaniyanın «İonoson-Ekspert» aparatları ilə aparılır.
Müalicəvi idman zalı Almaniyanın «KETTLER» avadanlıqları ilə təmin olunmuşdur.
Şöbədə dartılma üsulu «Anatomotor» stolu ilə aparılır.
Yaxın zamanlarda şöbədə müalicə vannalarından istifadə olunması da nəzərdə tutulub.

[widg[etkit id="27"]