Metodiki təşkilat şöbəsi
- Подробности
- Просмотров: 645
2018-ci ildə görülmüş işlər
Bu il may-iyul aylarında hər il olduğu kimi ETTOİ-nun əməkdaşları Azərbaycan Respublikasının Mərkəzi rayon xəstəxanalarında: 66 rayondan 56-sında (10 rayon işğal altında) kuratorluq işi həyata keçirmişlər. Görülən işin nəticələri haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məlumat verilmişdir.
Göndərilən kuratorlar əvvəlki illərdə olduğu kimi metodik-təşkilat bölməsi tərəfindən hazırlanmış xüsusi suallarla təmin olunmuşlar və il ərzində rayon və şəhər xəstəxanalarında olan travmatoloji şöbələrin, travmatoloji xidmətin səviyyəsini öyrənmişlər.
Elmi-tədqiqat travmatologiya və ortopediya institutunda rezidentura təhsilinə 10 fevral 2014-cü il tarixdən institutun metodiki-təşkilat bölməsinin rəhbəri t.e.d. C.Ə.Ələkbərov rəhbərlik edir.
Hal-hazırda təhsil alan rezidentlərin sayı:
2018 – 13 (travmatoloq).
I kurs – 4 nəfər
II kurs – 1 nəfər
III kurs – 2 nəfər (1 nəfər analıq məzuniyyətində)
IV kurs – 2 nəfər
V kurs – 4 nəfər
Bu il 6 rezident təhsilini müvəffəqiyyətlə başa vuraraq ortoped-travmatoloq mütəxəssisi diplomunu almışlar. 5 pezident Türkiyə Respublikasının ayrı-ayrı tibb müəssisələrində rezidentura təhsilini qazandıqları üçün öz xahişləri ilə rezidenturadan azad olunmuşlar. Eyni zamanda Respublikamızın ayrı-ayrı müəssisələrindən 27 rezident institutumuzda “travmatologiya-ortopediya” ixtisası üzrə rotasiya keçmişdir.
2018-ci ildə Respublika üzrə 8 travmatologiya ixtisasına yiyələnmək istəyən həkim rezidenturaya qəbul olmuşdur. Tibb Universitetinin göndərişi əsasında onlardan 4-ü ETTOİ-da 5 il müddətində təhsillərini davam etdirəcəklər.
20-21 aprel 2018-ci ildə I-Türk Dünyası Ortopedi və Travmatoloji Konqresi Bakı Bulvar Otelində keçirilmişdir. Konqresdə Azərbaycandan – 102, Türkiyədən - 68, başqa ölkələrdən 20-yə yaxın travmatoloq iştirak etmişdir. Bu Konqres Metodiki Təşkilatın rəhbərliyi altında həyata keçirilmişdir və Səhiyyə Nazirliyi tərəfindən 21 kreditlə qiymətləndirilmişdir.
Hər il olduğu kimi bizim institutda çalışan həkimlərin də ixtisaslaşma ümumi təkmilləşmə, tematik təkmilləşmə, attestasiya üçün təkmilləşmə üzrə kurslara cəlb olunmasında metodik-təşkilat bölməsi qrafik üzrə il ərzində müntəzəm iş aparıb.
Страница 2 из 2