Azərbaycan ortoped və travmatoloqlarının lll Qurultayı

       Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş travmatoloqu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov Azərbaycan ortoped və travmatoloqlarının III qurultayında bildirib ki, qurultayda travma və əlilliyin aradan qaldırılması sahəsində dünyada tətbiq edilən son nailiyyətlər müzakirə edilir. "Qurultayda Rusiya, Türkiyə, İsrail və Azərbaycanın bölgələrindən gələn 300-dən çox mütəxəssis iştirak edir. Biz təcrübələrimizi bölüşürük. Azərbaycan ortoped və travmatoloqlarının qurultayı hər 3 ildən bir keçirilir".

    Qurultayda yeni texnologiyalar, travmatologiya sahəsində son yeniliklər müzakirə olunur, protokollar tərtib edilir: "Travmotologiya sahəsində son nailiyyətlər təcrübə aparmaq zəruriyyəti yaradır".

    Qurultayda travmatologiya, oynaq artroplastikası, əl cərrahiyyəsi də daxil olmaqla 10-dan çox məsələ müzakirə olunur.